Menyu

Putin Roma Papası ilə telefon danışığı aparıb

Operativ Media
Putin Roma Papası ilə telefon danışığı aparıb
1 dəq oxu

Rusiya prezidenti Vladimir Putin Roma Papası XIV Leo ilə telefon danışığı aparıb.

Operativ Media Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki telefon danışığı zamanı Putin XIV Leoya möhkəm cansağlığı və bu yaxınlarda keçirdiyi əməliyyatdan sonra tezliklə sağalmasını arzulayıb.

Putin həmçinin Rusiya-Vatikan əməkdaşlığının mənəvi və əxlaqi dəyərlərin birləşdirilməsində əhəmiyyətini qeyd edib.

Rusiya prezidenti Ukrayna münaqişəsinin həllinə töhfə verməyə hazır olduğuna və davam edən humanitar səylərinə görə Papaya təşəkkür edib.

Əlaqəli Xəbərlər