Menyu

Hörmüz boğazında 2 milyon barel neft daşıyan supertanker partlayıb

Operativ Media
Hörmüz boğazında 2 milyon barel neft daşıyan supertanker partlayıb
1 dəq oxu

Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan supertanker dəniz minasına düşərək partlayıb. Partlayışdan sonra gəmidə yanğın başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

İran hərbçilərinin açıqlamasına görə, tanker Hörmüz boğazından keçid üçün müəyyən edilmiş qaydaları pozub.

Bildirilib ki, gəmi izləmə sistemi söndürülmüş vəziyyətdə və əvvəlcədən razılaşdırılmamış marşrut üzrə hərəkət edib.

Supertankerin hansı ölkəyə məxsus olduğu, heyət üzvlərinin vəziyyəti və neft sızmasının baş verib-vermədiyi barədə hələlik məlumat verilməyib.

Əlaqəli Xəbərlər