Menyu

Anar Bayramov Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

Operativ Media
Anar Bayramov Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub
1 dəq oxu

TƏBİB-in İcraçı direktoru Anar Bayramov Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə yaxından tanış olub.

Operativ Media xəbər verir k, bu barədə TƏBİB məlumat yayıb.

Səfər çərçivəsində müəssisədə əhaliyə göstərilən tibbi xidmətlərin təşkili, infrastruktur imkanları, maddi-texniki baza, tibbi avadanlıqlarla təminat, kadr potensialı, eləcə də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Anar Bayramov xəstəxananın rəhbərliyi ilə keçirilən görüşdə tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, pasiyentyönümlü yanaşmanın gücləndirilməsi, tibbi xidmətlərə əlçatanlığın artırılması, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, kadr potensialının səmərəli idarə olunması və iş prosesinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Fotogalereya

Əlaqəli Xəbərlər