Menyu

Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb

Operativ Media
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
1 dəq oxu

Meksikanın Aşağı Kaliforniya ştatının Sakit Okean sahillərində gəminin batması nəticəsində 11 nəfər itkin düşüb.

Operativ Media xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, ABŞ-nin Sahil Mühafizəsi gəmidən 16 nəfəri xilas edib.

Gəmi Ensenadadan təxminən 225 kilometr qərbdə batıb. Meksika konsulluğunun məlumatına görə, xilas edilənlər Meksika vətəndaşlarıdır. Xilas edilənlərdən birini köpək balığı dişləyib, daha iki nəfər ağır vəziyyətdədir.

Yaralılar helikopterlə San-Dieqodakı xəstəxanalara çatdırılıb. ABŞ və Meksika donanmaları itkin düşənləri axtarmağa davam edir.

Qəzanın səbəbi araşdırılır.

Əlaqəli Xəbərlər