Menyu

Afinada qaz qoxusuna görə 4 min şagird distant təhsilə keçib

Nicat Hüseynli
Afinada qaz qoxusuna görə 4 min şagird distant təhsilə keçib
1 dəq oxu

Yunanıstanın paytaxtı Afinada məktəb kompleksində naməlum qaz qoxusu səbəbindən təxminən 4 min şagird distant təhsil alır.

Operativ Media xəbər verir ki, bu barədə “Kathimerini” məlumat yayıb.

Məlumata görə, mütəxəssislər qoxunun mənbəyini müəyyənləşdirmək və binaların təhlükəsizliyini yoxlamaq üçün araşdırmaları davam etdirirlər.

Yoxlamalar zamanı aktiv qaz sızması aşkarlanmasa da, təhlükəsizlik sertifikatı verilməyib. Şagirdlərin ənənəvi dərslərə qayıdacağı tarix hələ müəyyənləşdirilməyib.

Əlaqəli Xəbərlər