Menyu

Ermənistan və Qırğızıstan birgə bəyanat imzalayıb

Operativ Media
Ermənistan və Qırğızıstan birgə bəyanat imzalayıb
1 dəq oxu

Ermənistanın Baş naziri Nikol Paşinyan və Qırğızıstan Prezidenti Sadır Japarov iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan birgə bəyanat imzalayıblar.

Operativ Media xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Məlumata görə, sənəd Sadır Japarovun oktyabrın 16–17-də Ermənistana rəsmi səfərindən sonra dərc olunub.

Bəyanatda siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Tərəflər, həmçinin Ermənistan-Azərbaycan arasında 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton Birgə Bəyanatının regionda sülh və sabitlik baxımından əhəmiyyətini vurğulayıblar.

Əlaqəli Xəbərlər