Menyu

Pezeşkian: Düşmənlərin torpağımıza tamah salmasına imkan verməyəcəyik

Operativ Media
Pezeşkian: Düşmənlərin torpağımıza tamah salmasına imkan verməyəcəyik
1 dəq oxu

İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil.

Operativ Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakirə olunduğu iclasda bildirib.

"İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil, lakin istənilən hücuma qarşı güc və cəsarətlə canımız bahasına duruş gətirəcək, düşmənlərin torpağımıza tamah salmasına imkan verməyəcəyik", - Pezeşkian deyib.

O, İranın müdafiəsinin raketlərdən ibarət olmadığını qeyd edib: "Xalqımız, eləcə də ölkəmizdə mövcud olan birlik və həmrəylik İranın müdafiə qüdrətinin mühüm hissəsidir".

Əlaqəli Xəbərlər