Menyu

Tramp: Fransa sərhədləri bağlamalıdır

Operativ Media
Tramp: Fransa sərhədləri bağlamalıdır
1 dəq oxu

Yüksək immiqrasiya səviyyəsi Fransanın məhvinə gətirib çıxarıb və ölkə hakimiyyəti təcili olaraq sərhədləri bağlamalıdır.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında bildirib.

Tramp Fransadakı son iğtişaşları kəskin tənqid edib:

"Fransa yanır! Tamamilə başqa bir dünyadan gələn, qəlbləri nifrətlə dolu insanların immiqrasiyası bu bir vaxtlar əzəmətli olan ölkəni darmadağın etdi. Çox gec olmadan sərhədləri bağlayın və vəziyyəti nəzarətə götürün!"

Qeyd edək ki, oktyabrın 17-də Parisdə və ölkə daxilində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı kütləvi nümayişlər keçirilib.

Əlaqəli Xəbərlər