Menyu

“Real Madrid” “Sportinq”in 15 yaşlı futbolçusunu transfer etmək istəyir

Operativ Media
“Real Madrid” “Sportinq”in 15 yaşlı futbolçusunu transfer etmək istəyir
1 dəq oxu

“Real Madrid” “Sportinq”də çıxış edən 15 yaşlı yarımmüdafiəçi Xakobo Afonsonu transfer etməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Məlumata görə, Madrid təmsilçisi futbolçunun inkişafını izləməyə davam edir və yaxın aylarda onun keçidini rəsmiləşdirə bilər.

“Real”ın skautları Afonsonun fiziki göstəricilərini, topla irəliləmək bacarığını və meydanın dərinliyindən hücumlara qoşulmaq xüsusiyyətini yüksək qiymətləndirirlər.

İspaniya və Portuqaliya vətəndaşlığı olan yarımmüdafiəçi İspaniyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edir. Onun atası Nunu Afonso əvvəllər “Benfika”nın formasını geyinib.

Əlaqəli Xəbərlər