"Forbes" dünyanın ən çox qazanan futbolçularını açıqlayıb
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2026/27 mövsümündə dünyanın ən çox qazanan futbolçusu olacaq.
Operativ Media “Forbes” nəşrinin hazırladığı reytinqə əsasən xəbər verir ki, portuqaliyalı ulduzun ümumi gəliri 300 milyon dollar təşkil edəcək. Bunun 250 milyon dolları klubdan əldə edəcəyi ödənişlər, 50 milyon dolları isə futboldan kənar fəaliyyətindən gələn gəlirlərdir.
Siyahıda ikinci yeri “İnter Mayami”nin hücumçusu Lionel Messi tutur. Argentinalı futbolçunun mövsüm ərzində 145 milyon dollar qazanacağı proqnozlaşdırılır. Bu məbləğin 70 milyon dolları klubdan, 75 milyon dolları isə digər fəaliyyətlərdən əldə ediləcək.
İlk üçlüyü “Real Madrid”in hücumçusu Kilyan Mbappe tamamlayır. Onun ümumi gəlirinin 100 milyon dollar olacağı gözlənilir.
“Forbes”in 2026/27 mövsümü üçün hazırladığı ən çox qazanan 10 futbolçunun siyahısı belədir:
- Kriştiano Ronaldo (“Əl-Nəsr”) – 300 milyon dollar (250 milyon klubdan, 50 milyon digər fəaliyyətlərdən)
- Lionel Messi (“İnter Mayami”) – 145 milyon dollar (70+75)
- Kilian Mbappe (“Real Madrid”) – 100 milyon dollar (70+30)
- Erlinq Haaland (“Mançester Siti”) – 85 milyon dollar (60+25)
- Vinisius Junior (“Real Madrid”) – 76 milyon dollar (48+28)
- Lamin Yamal (“Barselona”) – 55 milyon dollar (35+20)
- Sadio Mane (“Əl-Nəsr”) – 54 milyon dollar (50+4)
- Cud Bellinqem (“Real Madrid”) – 45 milyon dollar (29+16)
- Harri Keyn (“Bayern Münhen”) – 42 milyon dollar (29+13)
- Məhəmməd Salah (“Trabzonspor”) – 40 milyon dollar (20+20)
Qeyd edək ki, reytinqdə futbolçuların klublarından aldıqları maaş və digər ödənişlər, eləcə də idmandan kənar fəaliyyətlərindən əldə etdikləri gəlirlər nəzərə alınıb.