Menyu

Səhər baş ağrısı ilə oyanmaq yuxu apnesindən xəbər verə bilər?

Ayşən Sadıxzadə
Səhər baş ağrısı ilə oyanmaq yuxu apnesindən xəbər verə bilər?
1 dəq oxu

Yuxu apnesi səhər baş ağrılarının səbəblərindən biri ola bilər. Lakin baş ağrısının yeganə səbəbi bu deyil. Yuxu apnesinin vaxtında aşkarlanması və qarşısının alınması vacibdir.

Bu sözləri Operativ Media-ya nevroloq Rəna Abbasova deyib. 

O bildirib ki, insan yatarkən tənəffüsündə fasilələrin yaranması, xüsusilə də yanında yatan şəxs tərəfindən bu halların müşahidə edilməsi, yuxu apnesinin əlamətlərindən xəbər verə bilər:

“Belə epizodlar yuxunun tez-tez bölünməsinə və keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Nəticədə, insan səhər yorğun və halsız oyana bilər. Bundan əlavə, qanda oksigen səviyyəsinin azalması da baş verə bilər.

Xüsusilə yuxunun tez-tez bölünməsi, narahat yuxu və gecə ərzində təkrar oyanmalar alın və gicgah nahiyəsində ağrılara səbəb ola bilər. Bu ağrılar bəzən bir neçə saat davam edə bilər. Yuxunun keyfiyyətsiz olması insanın ümumi vəziyyətinə də mənfi təsir göstərir.

Yuxu apnesinin ümumi əlamətlərinə ağız quruluğu, səhər baş ağrısı, yuxunun tez-tez bölünməsi, narahat yuxu, səhər halsızlığı və gün ərzində yuxululuq daxildir. Bu əlamətlər yuxu apnesindən xəbər verə və dolayısı ilə baş ağrılarının yaranmasına səbəb ola bilər”.

Əlaqəli Xəbərlər