Menyu

Hava şəraiti dəyişəndə xroniki xəstəlikləri olan insanlar nələrə diqqət etməlidirlər?

Ayşən Sadıxzadə
Hava şəraiti dəyişəndə xroniki xəstəlikləri olan insanlar nələrə diqqət etməlidirlər?
1 dəq oxu

Hava şəraitində baş verən dəyişikliklər insan sağlamlığına müxtəlif formalarda təsir göstərə bilər. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər temperatur fərqlərinə və mövsümi dəyişikliklərə qarşı daha həssas ola bilərlər. Bəs hava şəraitinin dəyişməsi xroniki xəstəlikləri olan insanların sağlamlığına necə təsir edir və bu riskləri azaltmaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Operativ Media-ya hepatoloq terapevt Sevinc Abasova danışıb.

O bildirib ki, hava şəraitinin dəyişməsi, xüsusilə həssas insanlara və xroniki xəstəlikləri olan şəxslərə mənfi təsir göstərə bilər. Buna görə də belə insanlar səhhətlərini qorumaq üçün müəyyən tədbirlər görməlidirlər:

“Xroniki xəstəlikləri olan şəxslər, ilk növbədə, həkim tərəfindən təyin edilmiş dərmanları qəbul qaydalarına uyğun şəkildə istifadə etməlidirlər. Eyni zamanda, bədənin həddindən artıq tərləməsinin və maye itkisinin qarşısını almaq üçün də diqqətli olmalıdırlar.

Hava şəraitini nəzərə alaraq qidalanmaya da diqqət yetirilməlidir. Bundan əlavə, xroniki xəstəlikləri olan şəxslər sağlamlıq vəziyyətlərinə uyğun fiziki aktivliyə üstünlük verə bilərlər. İdmanla məşğul olmaq orqanizmin ümumi vəziyyətinin yaxşılaşmasına və fiziki dözümlülüyün artmasına kömək edir. Bu da xroniki xəstəliklərin kəskinləşməsi riskinin azaldılmasında müəyyən rol oynaya bilər”.

Əlaqəli Xəbərlər