Menyu

Qırğızıstan -Azərbaycan parlamentlərarası əlaqələr müzakirə edilib

Şəfa Hüseynli
Qırğızıstan -Azərbaycan parlamentlərarası əlaqələr müzakirə edilib
1 dəq oxu

Qırğızıstan Joqorku Keneşin sədri Marlen Mamatəliyev  Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Joqorku Keneş məlumat yayıb.

Tərəflər parlamentlərarası əlaqələrin gücləndirilməsi, eləcə də ticarət-iqtisadi, investisiya və mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Görüşün sonunda qonaqlara təmir olunmuş sessiya zalları və xüsusi robot bələdçinin məlumat verdiyi Joqorku Keneşin rəqəmsallaşdırılmış muzeyi göstərilib.


Əlaqəli Xəbərlər