Menyu

Parisdəki iğtişaşlar zamanı bir muzeydən Messinin imzalı forması oğurlanıb

Operativ Media
Parisdəki iğtişaşlar zamanı bir muzeydən Messinin imzalı forması oğurlanıb
1 dəq oxu

Lionel Messinin “Barselona”da çıxış etdiyi dövrdə istifadə etdiyi imzalı forma və kapitan sarğısı Fransanın paytaxtı Parisdəki futbol muzeyindən oğurlanıb.

Operativ Media xəbər verir ki, bu barədə “Noticias Argentinas” agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 17-də üzü bağlı şəxslər muzeyə daxil olaraq argentinalı futbolçuya məxsus əşyaları aparıblar.

“TyC Sports”un məlumatına əsasən, Messi həmin forma və kapitan sarğısından “Barselona”da çıxış etdiyi müddətdə istifadə edib.

Qeyd edək ki, oktyabrın 17-də Fransada yaşayış xərclərinin artmasına və təhsil sistemindəki problemlərə etiraz olaraq kütləvi nümayişlər keçirilib. Bir sıra şəhərlərdə aksiyalar polis ilə qarşıdurmalara və dağıntılara səbəb olub.

Əlaqəli Xəbərlər