23 Oktyabr 2022, 20:01
Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Rusiya müdafiə naziri Sergey Şoyqu və ABŞ müdafiə naziri Lloyd Ostin arasında son 3 gündə ikinci dəfə telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Ukraynadakı vəziyyət müzakirə edilib.
Qeyd edək ki, bundan əvvəl oktyabrın 21-də Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub.