Menyu

Brendon Miller “Şarlott Hornets”lə 209 milyon dollarlıq müqavilə imzalayacaq

Operativ Media
Brendon Miller “Şarlott Hornets”lə 209 milyon dollarlıq müqavilə imzalayacaq
1 dəq oxu

“Şarlott Hornets”in basketbolçusu Brendon Miller klubla beşillik, ümumi dəyəri 209 milyon dollar olan yeni müqavilə barədə razılığa gəlib.

Operativ Media xəbər verir ki, bu barədə tanınmış insayder Şems Çaraniya məlumat yayıb.

2027/2028 mövsümündən qüvvəyə minəcək müqaviləyə əsasən, 23 yaşlı basketbolçunun illik maaşı 37,6 milyon dollardan 44,7 milyon dollaradək dəyişəcək.

Hazırda klubda ən yüksək maaş alan basketbolçu Naz Rid hesab olunur. Onun illik qazancı 23,2 milyon dollardır.

Qeyd edək ki, Brendon Miller 2023-cü il NBA draftında ikinci seçim kimi “Şarlott Hornets”ə qoşulub. O, həmin vaxtdan bəri 166 oyunda meydana çıxıb və bunların 160-da start heyətində yer alıb.

Əlaqəli Xəbərlər