Menyu

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub

Operativ Media
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub
1 dəq oxu

Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayevanın və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevanın üçtərəfli görüşü olub.

Operativ Media xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva Aşqabadda keçiriləcək MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin ölkələri ümumi mənəvi-mədəni dəyərlər və sosial-humanitar məsələlərə oxşar baxışlar əsasında birləşdirən mühüm hadisə olduğunu bildirib.

Xüsusilə ətraf mühitin mühafizəsinə, eləcə də regional və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığa diqqət çəkən Oğulcahan Atabayeva sərginin ətraf mühitin qorunması istiqamətində, həmçinin real addım olacağına əminliyini ifadə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva birgə səylərlə bir çox mühüm ekoloji layihəni həyata keçirməyin mümkünlüyünü vurğulayıb. Xeyriyyə Fondunu ziyarət etdiyini xatırladan Leyla Əliyeva uşaqlara göstərilən yüksək qayğının şəxsən şahidi olduğunu bildirib və bugünkü sərginin xeyirxahlığa doğru daha bir addım olacağını deyib.

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva qeyd edib ki, bu cür görüşlər yeni imkanlar açır, xüsusilə də insanlara qayğı göstərmək və gələcəyi bunun üzərində qurmaq kimi ümumi arzunu birləşdirməyə imkan verir. O vurğulayıb ki, hər bir uşaq üçün ən başlıca amil anasının yanında özünü qayğıkeşlik və təhlükəsizlik içərisində hiss etməsi, sevildiyinə və hər zaman eşidiləcəyinə əmin olmasıdır.

Fotogalereya

Əlaqəli Xəbərlər