Menyu

TDT ölkələrinin ÜDM-i 2,4 trilyon dolları keçib

Şəfa Hüseynli
TDT ölkələrinin ÜDM-i 2,4 trilyon dolları keçib
1 dəq oxu

Türk dünyasının ümumi daxili məhsulu (ÜDM) 2,4 trilyon dolları keçib.

Operativ Media xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömürəliyev türk dünyasının gələcəyi və əməkdaşlığı ilə bağlı məqaləsində bildirib.

Məlumata görə, 2025-ci ilin sonuna qədər bu ölkələrin ümumi ticarət dövriyyəsi təxminən 1,27 trilyon dollara çatıb.

Ömürəliyev iqtisadi inteqrasiyanın dərinləşdirilməsinin, nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasının, enerji təhlükəsizliyinin gücləndirilməsinin və birgə investisiya layihələrinin həyata keçirilməsinin əməkdaşlığın daha da inkişafına töhfə verəcəyini qeyd edib.

Əlaqəli Xəbərlər