Menyu

“Aston Villa” Çempionlar Liqasında tarixi göstəriciyə imza atıb

Operativ Media
“Aston Villa” Çempionlar Liqasında tarixi göstəriciyə imza atıb
1 dəq oxu

“Aston Villa” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda doğma meydanda Norveçin “Vikinq” komandasını 3:1 hesabı ilə məğlub edib.

Operativ Media xəbər verir ki, Unay Emerinin rəhbərlik etdiyi kollektiv cari mövsümdə turnirdə keçirdiyi hər üç oyunda qələbə qazanıb.

Bu nəticə sayəsində “Aston Villa” Avropakuboklarda 20 qələbəyə ən sürətli çatan ikinci komanda olub. İngiltərə təmsilçisi bu göstəriciyə 30 matçda nail olub. Rekord isə 29 oyuna 20 qələbə qazanan “Real Madrid”ə məxsusdur.

Əlaqəli Xəbərlər