Menyu

FIFA prezidenti Bakıda keçiriləcək U-15 Dünya Kuboku ilə bağlı paylaşım edib

Operativ Media
FIFA prezidenti Bakıda keçiriləcək U-15 Dünya Kuboku ilə bağlı paylaşım edib
1 dəq oxu

FIFA prezidenti Canni İnfantino Bakıda təşkil olunacaq U-15 Dünya Kuboku və Festivalı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Operativ Media xəbər verir ki, o, paylaşımında dünyanın müxtəlif ölkələrindən 189 komandanın qatılacağı turnirin əhəmiyyətini vurğulayıb.

FIFA prezidenti qeyd edib ki, yarış futbolun hər kəs üçün əlçatan olduğunu nümayiş etdirməklə yanaşı, uşaqların gələcəyinə sərmayə qoyulmasına, insanların futbol vasitəsilə birləşməsinə və onların arzularının gerçəkləşməsinə töhfə verəcək.

Canni İnfantino AFFA prezidenti Rövşən Nəcəfi və assosiasiyanın kollektivini görülən işlərə və futbola göstərdikləri sədaqətə görə təbrik edib.

O, həmçinin Azərbaycanda mübarizə aparacaq bütün futbolçulara, məşqçilərə və komanda üzvlərinə uğurlar arzulayıb.

Əlaqəli Xəbərlər