Menyu

“Bavariya”nın vingeri zədə səbəbindən uzun müddət oynamaya bilər

Operativ Media
“Bavariya”nın vingeri zədə səbəbindən uzun müddət oynamaya bilər
1 dəq oxu

“Bavariya”nın vingeri Luis Dias budun arxa əzələsindəki zədə səbəbindən 4-6 həftə komandasına kömək edə bilməyə bilər.

Operativ Media xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Kolumbiyalı futbolçu Çempionlar Liqasının III turunda “Arsenal”la keçirilən və 2:2 hesabı ilə başa çatan oyunda sol ayağının bud nahiyəsinin arxa əzələsində kiçik yırtıqla üzləşib.

29 yaşlı oyunçunun Bundesliqada “Frayburq”, “Maqdeburq”, Dortmund “Borussiya”sı, “Maynts” və “Köln”lə, eləcə də Çempionlar Liqasında “Atletiko” ilə qarşılaşmaları buraxmaq ehtimalı var.

Luis Dias bu mövsüm klubun heyətində meydana çıxdığı 11 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər