Menyu

Azərbaycan vətəndaşları da daxil olmaqla 48 əcnəbi Gürcüstandan deportasiya edilib

Şəfa Hüseynli
Azərbaycan vətəndaşları da daxil olmaqla 48 əcnəbi Gürcüstandan deportasiya edilib
1 dəq oxu

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti 48 əcnəbini deportasiya edib.

Operativ Media xəbər verir ki, bu barədə müvafiq ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, kompleks tədbirlər nəticəsində Gürcüstanda qanunsuz yaşayan 48 xarici vətəndaş saxlanılıb. Onların arasında Türkiyə, Kuba, İraq, Nigeriya, İordaniya, Çin, Hindistan, Pakistan, Vyetnam, Azərbaycan və Rusiya vətəndaşları da var.

Hazırda saxlanılanlar Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzində saxlanılır. Onların Gürcüstandan çıxarılması üçün müvafiq prosedurlar həyata keçirilir.

Əlaqəli Xəbərlər