Menyu

Nenad Laloviç daha bir müddət UWW-yə rəhbərlik edəcək

Operativ Media
Nenad Laloviç daha bir müddət UWW-yə rəhbərlik edəcək
1 dəq oxu
Serbiyalı Nenad Laloviç növbəti dəfə Dünya Güləş Birliyinin (UWW) prezidenti seçilib.
Operativ Media xəbər verir ki, bu barədə UWW-nin mətbuat xidməti məlumat yayıb.
68 yaşlı funksioner seçkidə yeganə namizəd olub.
Dünya Güləş Birliyinin Konqresi Qazaxıstanın paytaxtı Astanada keçirilir.
Xatırladaq ki, Nenad Laloviç 2014-cü ildən etibarən UWW-nin prezidenti vəzifəsində çalışır. O, 2015-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvüdür.

Əlaqəli Xəbərlər