Menyu

Tramp Rusiya ilə enerji sazişlərinin bağlanacağına inanır

Operativ Media
Tramp Rusiya ilə enerji sazişlərinin bağlanacağına inanır
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp Rusiyanın “Lukoyl” şirkətinin xarici aktivlərinin satışı və Alyaskada təbii qaz hasilatı ilə bağlı razılaşmaların gec-tez əldə olunacağını bildirib.

Operativ Media xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbəti zamanı Miçiqan ştatına yola düşməzdən əvvəl danışıb.

ABŞ liderindən Rusiyanın “Lukoyl” şirkətinin aktivlərinin satışı ilə bağlı sazişin imzalanması və Alyaskada təbii qaz hasilatı üzrə razılaşmaların əldə olunması perspektivləri soruşulub.

Tramp cavabında bu razılaşmaların müəyyən vaxtda mütləq əldə ediləcəyinə əmin olduğunu vurğulayıb. O, neft hasilatı sektorunun artıq həll edilməli olan məsələlərə görə girov vəziyyətində qalmasına imkan verməyəcəklərini bildirib.

ABŞ Prezidenti Ukrayna münaqişəsinə də toxunaraq, bu vəziyyətin ümumiyyətlə yaranmamalı olduğunu qeyd edib və münaqişənin həll edilməsinin vacibliyini vurğulayıb.

Əlaqəli Xəbərlər