Menyu

Putin, Əliyev, Paşinyan görüşü baş tutacaq

Putin, Əliyev, Paşinyan görüşü baş tutacaq

Yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli formatda görüş keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” nəşri yazıb.

Qeyd edilib ki, iclasa hazırlıq oktyabrın 14-də keçirilmiş MDB-nin Astana sammitindən sonra başlayıb.

Rusiya nəşrinin diplomatik mənbədən əldə etdiyi məlumata görə, üçtərəfli görüşün oktyabrın son günlərində Soçidə keçiriləcəyi gözlənilir.

Əlaqəli Xəbərlər