Makron dekabrın 1-də ABŞ-a səfər edəcək

Operativ Media
Makron dekabrın 1-də ABŞ-a səfər edəcək

ABŞ prezidenti Co Bayden dekabrın 1-də ABŞ-a dövlət səfəri ilə gələcək fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

 

Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün brifinq zamanı deyib.

 

"Bildirimək istərdim ki, Prezident Co Bayden və birinci xanım Cill Bayden dekabrın 1-də ABŞ-a dövlət səfərinə gələcək Fransa Prezidenti Emmanuel Makronu və onun xanımı Bricit Makronu qəbul edəcəklər", - deyə mətbuat katibi bildirib.

 

C.Bayden və E.Makron "ümumi qlobal çağırışlar üzrə" qarşılıqlı fəaliyyət kursunu və hər iki ölkəni maraqlandıran sahələri müzakirə edəcəklər.

Digər xəbərlər