İlham Əliyev: “Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub”
Nərmin Qocamanlı
"Gürcüstanla ticarət dövriyyəmizin artması bizi sevindirir".
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.
Prezident bildirib ki, bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır: “Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Və bu sərmayə qarşılıqlı faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab verir”.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma