Ermənistan KTMT-nin Qazaxıstandakı təlimlərində iştirakdan imtina edib

Operativ Media
Ermənistan KTMT-nin Qazaxıstandakı təlimlərində iştirakdan imtina edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.

 

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

 

Bildirilib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.

 

Qazaxıstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimlərinin sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılır.

Digər xəbərlər