24 Oktyabr 2022, 21:15
"Mançester Yunayted"in baş məşqçisi Ronaldunu bağışlamaq üçün şərtlərini açıqlayıb
"Mançester Yunayted"in baş məşqçisi Ronaldunu bağışlamaq üçün şərtlərini açıqlayıb şəkil
"Mançester Yunayted"in baş məşqçisi Ronaldunu bağışlamaq üçün şərtlərini açıqlayıb

İngiltərə "Mançester Yunayted"inin baş məşqçisi Erik ten Haq portuqliyalı futbolçu Kriştianu Ronaldunu əsas komanda ilə məşqlərə qaytarmaq üçün şərtlərini açıqlayıb.

"Operativ Media" The Athletic"ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis 37 yaşlı hücumçunu yalnız ehtiyat oyunçular skamyasında oturmağa etiraz etməyəcəyi halda bağışlayacağını bildirib. Təcrübəli forvard həmçinin etdiyi hərəkətə görə üzr istəməlidir.

Ulduz futbolçu bu şərtləri qəbul etməsə, onun özünə yeni komanda axtarmasına icazə veriləcək.

Qeyd edək ki, Kriştianu Ronaldo İngiltərə Premyer Liqasının XII turunda "Tottenhem"lə ev oyunu başa çatmamış "Old Trafford" stadionunu tərk etdiyi üçün cəzalanıb.

Son xəbərlər
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib
Azərbaycan OECD DAC-ın yüksək səviyyəli iclasında beynəlxalq yardım təcrübəsini paylaşıb
Çin "CERES-1" raketi ilə kosmosa 6 peyk buraxıb
CHP fövqəladə qurultay keçirəcək
"SpaceX" kosmosa “NROL-57” casus peyki göndərib
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb