25 Oktyabr 2022, 12:18
Nazirlik "WhatsApp"da yaranan problemlə bağlı məlumat yaydı
Nazirlik "WhatsApp"da yaranan problemlə bağlı məlumat yaydı şəkil
Nazirlik "WhatsApp"da yaranan problemlə bağlı məlumat yaydı

Bu gün "WhatsApp" sosial şəbəkə platformasının işində problemlər yaranıb.

"Operativ Media" xəbər verir ki, yayılan məlumatlarda problemin qlobal miqyas daşıdığı və bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.

Problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:

"Hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir. “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır".

Son xəbərlər
Qadını öldürüb Kürə atan şəxs barəsində cinayət işi başlanıb
Kallas: Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edib
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi
II Liqa: "Füzuli" Region Liqasına düşdü
Lavrov Ermənistana səfər edib
“Araz-2025” birgə təlimi davam edir - VİDEO
20 May 2025, 19:38
Ronaldo Portuqaliyanın Millətlər Liqası matçları üçün heyətinə daxil edilib
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib