25 Oktyabr 2022, 18:44
Türkiyə və Ermənistan sərhədlərin açılmasını müzakirə edəcək

Yaxın zamanda Ermənistan və Türkiyənin müvafiq qurumları arasında baş tutacaq görüşdə hava yolu ilə yükdaşımaların reallaşdırılması barədə razılaşmanın reallaşması müzakirə olunacaq.
Operativ Media" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan deyib.
“Ermənistan və Türkiyənin müvafiq qurum nümayəndələrinin sərhəddə keçiriləcək görüşündə iyulda əldə olunmuş razılaşmaların icrası müzakirə ediləcək. Söhbət hava yolu ilə birbaşa yükdaşımaları və üçüncü ölkə vətəndaşları üçünü sərhədlərin açılmasından gedir”, o əlavə edib.