26 Oktyabr 2022, 17:47
NATO-nun Baş katibi Türkiyəyə gedəcək

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəyə gedəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Baş katib NATO-nun mənzil-qərargahında Rumıniyanın baş naziri ilə görüşdən sonra mətbuat konfransında bildirib.
"Türkiyə Finlandiya və İsveçin üçtərəfli razılaşma çərçivəsində işləməsindən məmnunuq. Biz yaxın müttəfiqimiz Türkiyə ilə yanaşı, Finlandiya və İsveçlə də əlaqə saxlayırıq. Tezliklə Türkiyəyə gedəcəyəm", - deyə o qeyd edub.