27 Oktyabr 2022, 09:43
BMT səfiri FIFA-nı dünya çempionatında İranı İtaliya ilə əvəzləməyə çağırıb
BMT səfiri FIFA-nı dünya çempionatında İranı İtaliya ilə əvəzləməyə çağırıb şəkil
BMT səfiri FIFA-nı dünya çempionatında İranı İtaliya ilə əvəzləməyə çağırıb

BMT səfiri Paolo Zampolli FIFA prezidenti Canni İnfantinonu Qətərdə keçiriləcək dünya çempionatında İranı İtaliya ilə əvəzləməyə çağırıb.

"Operativ Media" xəbər verir ki, bunu bütün dünyanın istədiyini söyləyib.

Zampollinin fikrincə, İran DÇ-2022 öncəsi diskvalifikasiya edilməlidir: “Dünya sizdən İranı dünya çempionatından diskvalifikasiya etmək üçün təcili tədbir görmənizi gözləyir. Sabiq baş nazir Boris Consonla birlikdə Superliqaya qarşı çıxdınız. İndi milyardlarla fanat üçün mənfi siyasi xəbərlər dünyanı buludlandırmamalıdır. Şəxsən mən və bütün dünya İranın diskvalifikasiyasından sonra İtaliyanın İngiltərə ilə oynamasını arzulayıram. Bildiyim qədərilə İtaliya FIFA reytinqində mundiala vəsiqə qazana bilməyənlər arasında birinci yerdədir”.

Qeyd edək ki, bundan əvvəl bir qrup iranlı futbolçu və futbol xadimi FIFA-dan yığmanın DÇ-2022-dən kənarlaşdırılmasını tələb edib. Mundial noyabrın 20-də start götürəcək.

Son xəbərlər
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Gürcüstan ərazi bütövlüyünün bərpası yolunu açıqlayıb
Tramp sərəncamların sayına görə rekord qırıb
Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür edib
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Türkiyə Ordusu dörd terrorçunu zərərsizləşdirib
Azərbaycan PL: "Şamaxı" Sumqayıt"ı əliboş yola saldı
Conson: Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək