http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AQTA quş qripinə qarşı monitorinqlərin nəticələrini açıqlayıb

17 May 2023 , 17:28
AQTA quş qripinə qarşı monitorinqlərin nəticələrini açıqlayıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

AQTA-dan "Operativ Media"ya verilən xəbərə görə, cari ilin 1-15 may tarixlərində keçirilmiş epizootoloji monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, habelə ərazi üzrə ovçuluq təsərrüfatı və milli parklarının əməkdaşları və mütəxəssisləri iştirak ediblər.

Monitorinqlər zamanı Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə vəhşi quşlara ümumi baxış keçirilib. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 29 baş müxtəlif növ vəhşi quşun patoloji materialları götürülüb. Bu müddətdə Bakı şəhərindəki, Abşeron, Lənkəran, Hacıqabul, Cəlilabad və Şabran rayonlarındakı 7 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsindən 70 baş quşdan, Bakı şəhəri, Abşeron, Xızı, Astara, Ağcabədi, Xaçmaz, Şabran, Salyan, Biləsuvar və Lənkəran rayonlarındakı, ümumilikdə 179 ailə təsərrüfatlarından isə müxtəlif növ 537 baş ev quşundan laborator müayinə üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Çöl və ev quşlarından götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.

Əlavə olaraq monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında müşahidələr aparılıb və xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.

OXŞAR XƏBƏRLƏR
Sabah bu iki rayonun qaz təchizatında fasilə yaranacaq

Sabah bu iki rayonun qaz təchizatında fasilə yaranacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb

Laçın Hava Limanının tikintisi üzrə işlər 65 faiz icra olunub

Laçın Hava Limanının tikintisi üzrə işlər 65 faiz icra olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:17

    Naxçıvanda yaşayan ailələrin sayı artıb
  • Dünən
    23:02

    Gürcüstanda polis müxalifət liderini döyüb
  • Dünən
    22:47

    Hakan Fidan Ukrayna rəsmiləri ilə görüşüb
  • Dünən
    22:33

    Kobaxidze ABŞ-nin sanksiyaları ilə bağlı söhbəti qeyri-ciddi adlandırıb
  • Dünən
    22:19

    Blinken: ABŞ Rusiyanın aktivləri üçün yeni səlahiyyətlərdən istifadə etmək niyyətindədir
  • Dünən
    22:04

    ABŞ Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməklə hədələyib
  • Dünən
    21:52

    G7 Rusiyanın dondurulmuş aktivlərinin istifadəsini müzakirə edəcək
  • Dünən
    21:37

    Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının 14-cü iclası keçiriləcək
Menyu