27 Oktyabr 2022, 19:48
Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub
Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub şəkil
Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub

Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının gələn ay keçiriləcək növbədənkənar iclasına hazırlıqları telefon danışığı zamanı müzakirə ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi internet səhifəsi yayıb.

Danışıq zamanı həmçinin iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə çatdırılması məsələləri müzakirə edilib.

Həmçinin o da qeyd olunub ki, iclas bu ilin oktyabrın 28-də keçiriləcək. İclas çərçivəsində Ermənistan-Azərbaycan sərhədində baş vermiş son hadisələrlə əlaqədar olaraq Ermənistana 15 sentyabr tarixində göndərilən KTMT missiyasının gördüyü işlərin nəticələri müzakirə olunacaq.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclaslarına təşəbbüsün rəsmi İrəvan tərəfindən verildiyini deyib.

Son xəbərlər
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reysləri fəaliyyətə başlaya bilər
Azərbaycan çempionatında bütün finalçılar bəlli oldu
Əhməd Davudoğlu Qəzzanın Türkiyəyə birləşdirilməsini təklif edib
NATO Müdafiə nazirləri Brüsseldə görüşəcək
Ukrayna Antiterror Mərkəzinin rəhbəri saxlanılıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib
Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib
Elnur Bağırov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib