XİN : Azərbaycan sülh gündəliyinə sadiqdir
Azərbaycan sülh gündəliyinə sadiqdir.
"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
“Biz sülh gündəliyinə sadiqik. Bilirsiniz ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu ayın əvvəlində Cenevrə şəhərində sülh müqaviləsi ilə bağlı ilk görüş baş tutdu. Həmin görüşdə Azərbaycan tərəfi gələcək sülh müqaviləsinin əsas elementlərini qarşı tərəfə bildirib.
Biz hazırda Ermənistandan həmin əsas elementlərə dair ilkin rəy və cavab gözləyirik”,- deyə Elnur Məmmədov bildirib.
Xarici işlər nazirinin müavininin sözlərinə görə, həmin cavab əsasında növbəti görüşlərin keçirilməsi müzakirə olunacaq
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net