27 Oktyabr 2022, 21:11
Putin: "Ermənistan bizim Qarabağ nizamlanması ilə bağlı təklifimizlə razılaşmadı, nəticə də göz qabağında"
Putin: "Ermənistan bizim Qarabağ nizamlanması ilə bağlı təklifimizlə razılaşmadı, nəticə də göz qabağında" şəkil
Putin: "Ermənistan bizim Qarabağ nizamlanması ilə bağlı təklifimizlə razılaşmadı, nəticə də göz qabağında"

“Biz uzun illər ərzində Ermənistan tərəfi ilə dialoq apardıq və Qarabağ məsələsinin nizamlanması ilə bağlı təklif etdik ki, gəlin münasibətlərin normallaşması ilə bağlı hərəkət edək”.

"Operativ Media" xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya klubunun plenar iclasında deyib.

Putin qeyd edib ki, Rusiya Ermənistan üçün beş rayonu Azərbaycana verib, iki rayonu - Kəlbəcərlə Laçını Qarabağla əlaqə üçün saxlamağı təklif edib:

“Axı Ermənistan faktiki olaraq Azərbaycanın yeddi rayonuna nəzarət edirdi. Təklif etdik ki, iki rayonu saxlasın. Hansısa mərhələdə Azərbaycan tərəfi ilə razılaşarıq. Beş rayonu verin. Onlar lazım deyildi. Saxlamaq mənasızdır. Onlar boş qalan rayonlardır, insanlar ordan gedib, faktiki olaraq həmin ərazilərdən qovulub. Onlar niyə saxlanılmalıdır? Bunun heç bir mənası yoxdur. Amma Qarabağla əlaqəsi olan iki rayon olduqca böyükdür. Hesab edirik ki, qaçqınların ora qaytarılması ədalətli olardı. Bu, ümumilikdə regionda vəziyyətin normallaşması üçün yaxşı addım olardı. Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Məlum olduğu kimi, bu da bugunki vəziyyətə gətirib çıxardı”, - deyə Putin bildirb.

Son xəbərlər
Tramp sərəncamların sayına görə rekord qırıb
Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür edib
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Türkiyə Ordusu dörd terrorçunu zərərsizləşdirib
Azərbaycan PL: "Şamaxı" Sumqayıt"ı əliboş yola saldı
Conson: Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək
Bakıda qadın dəm qazından zəhərlənərək ölüb
Avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub - YENİLƏNİB