20 May 2023, 14:15
Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər
Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər şəkil
Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər

Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər.
"Operativ Media" "AZƏRTAC"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresin açılış mərasimində deyib. 
O qeyd edib ki, 2 il əvvəl qəbul edilən “Donor və orqan transplantasiyası haqqında" Qanun buna imkan yaradır: "Qəbul edilən Qanuna əsasən Azərbaycanda ürək əməliyyatları ilə yanaşı ürək transplantasiyası da həyata keçirilə bilər. Ölkəmizdə ürək transplantasiyası həyata keçirə biləcək kifayət qədər mütəxəssis var. Hazırda bu istiqamətdə işlər görülür. Bununla bağlı Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar müzakirələr aparır. Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər".

Son xəbərlər
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib
Sabunçuda yanğın olub
Ermənistanın XİN rəhbərinin müavini Türkiyəyə gedib
Ermənistanda hərbi maşın aşıb
Rusiya: 6060 əsgərin cəsədini Ukraynaya çatdırdıq