28 Oktyabr 2022, 15:42
Hulusi Akar: Türkiyə Ordusu Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir

Türkiyə Silahlı Qüvvələri Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akarın 29 Oktyabr Cümhuriyyət Gününə həsr olunmuş təbrik mesajında deyilir.
Akar əlavə edib ki, Azərbaycanla yanaşı, TSQ Şimali Kipr Türk Respublikası, Liviyada, həmçinin, digər coğrafiyalarda da sülh və stabilliyin təminatına töhfə verir.
Onun sözlərinə görə, Türkiyə artıq fəal və qüdrətli, təsir və maraq dairəsi günü-gündən genişlənən, regionunda və dünyada söz sahibi olan bir dövlətdir.