28 Oktyabr 2022, 19:18
İran və Ukrayna nazirlərinin arasında telefon danışığı olub

İran və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub.
"Operativ Media' xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Dmitri Kuleba "Twitter"də bildirib.
"Bu gün mənə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian zəng etdi və bu zaman mən İrandan Ukraynada mülki əhalinin öldürülməsi və kritik infrastrukturun məhv edilməsi üçün istifadə edilən Rusiyaya silah axınını dərhal dayandırmasını tələb etdim", - o bildirib.