29 Oktyabr 2022, 14:35
Ukrayna Prezidenti Rusiya ilə danışıqların ilkin şərtini açıqlayıb
Ukrayna Prezidenti Rusiya ilə danışıqların ilkin şərtini açıqlayıb şəkil
Ukrayna Prezidenti Rusiya ilə danışıqların ilkin şərtini açıqlayıb

Ukrayna ilə Rusiya arasında sülh danışıqlarına doğru ilk addım işğalçı qoşunların ərazimizdən çıxarılması olmalıdır”.

"Operativ Media" "RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yale Universitetinin tələbələri və professor-müəllim heyətinin nümayəndələri ilə söhbəti zamanı deyib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın hazırkı rejimi ilə danışıqlara hazır deyil: “Bu, ilk növbədə, Rusiya hərbçilərinin ərazimizdə olması ilə bağlıdır. Beləliklə, ilk addım onların ərazimizdən çıxması olmalıdır”.

Zelenski bildirib ki, qarşı tərəf könüllü olaraq Ukrayna ərazisini tərk edərsə, diplomatiya üçün daha rahat keçid olar: “Rusların hansı yolu seçdikləri onların hərbi-siyasi hakimiyyətindən asılıdır”.

Qeyd edək ki, daha əvvəl Zelenski Rusiyanın hazırkı hakimiyyəti ilə hansısa danışıqların aparılmayacağını bildirmişdi.

Son xəbərlər
Vardanyanın məhkəməsinin növbəti iclası fevralın 17-nə təyin edilib
Müharibə gedişində öldürülən azərbaycanlıların sayı açıqlanıb
İşğal illərində Azərbaycan ekologiyasına 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirildi
Moldova "Rus Evi"ni bağlayır
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası hazırlanıb