Menyu

Mayda zəhərlənmə ilə bağlı KTM-ə 812 müraciət daxil olub

Nərmin Qocamanlı
Mayda zəhərlənmə ilə bağlı KTM-ə 812 müraciət daxil olub

May ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 812 nəfər müraciət edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Mərkəzin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlardan 167-si Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 83-ü dərmandan, 41-i sirkə turşusundan, 2-si dəm qazından, 13-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya, 13-ü allergik reaksiya, 4-ü isə botulizm, 9-u isə ilan sancması səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 72-si qadın, 79-u kişi, 16-sı isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər sirkə turşusundan, 1 nəfər qeyri üzvü turşudan, 1 nəfər isə komatoz vəziyyətdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü kişi, 3-ü qadındır.

Teqlər:

"Mayda zəhərlənmə ilə bağlı KTM-ə 812 müraciət daxil olub"

Əlaqəli Xəbərlər