31 Oktyabr 2022, 13:44
Türkiyə “Taxıl sazişi”ni bərpa etməyə çalışır
Türkiyə “Taxıl sazişi”ni bərpa etməyə çalışır şəkil
Türkiyə “Taxıl sazişi”ni bərpa etməyə çalışır

“Türkiyənin milli müdafiə naziri Hulusi Akar və digər səlahiyyətli şəxslər problemin həlli və taxıl ixracının kəsilməməsi üçün təmasları davam etdirirlər. Müzakirələr zamanı taxıl sazişinin icrasının davam etdirilməsinin vacibliyi vurğulanır və bu prosesə mane olan hər cür təxribatdan uzaq durulmasının zəruriliyi xatırladılır”.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İstanbul limanında gözləyən taxıl yüklü gəmilərin bu gün və sabah yoxlanılması planlaşdırılır: “İstanbuldakı birgə koordinasiya mərkəzindəki ruslar hələ də buradadırlar. Lakin hələlik Ukraynadan gəmilər yola çıxmayacaq”.

Məlumata görə, Türkiyə regionda sülhün bərpasına bundan sonra da töhfə verməyə çalışacaq.

Qeyd edək ki, oktyabrın 29-da Rusiya “Taxıl sazişi”ndən birtərəfli qaydada çıxdığını açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, taxıl sazişinin icrası qeyri-müəyyən müddətə dayandırılıb. Rusiya taxıl sövdələşməsində iştirakını dayandırdıqdan sonra İstanbuldakı Birgə Koordinasiya Mərkəzində - Xarici İşlər Nazirliyindəki nümayəndələrinə tapşırıqlar verib.

XİN-dən bildirilib ki, Rusiya Sevastopolda baş verən terror aktına görə “Qara Dəniz Təşəbbüsü”ndə iştirak edən mülki quru yük gəmilərinin təhlükəsizliyinə zəmanət verə bilməz.

Son xəbərlər
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası hazırlanıb
Fransa və Belçika Baltik dənizində patrul missiyasına qoşulacaq
“Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı müzakirə olunub
SOCAR: “Neft Daşları” - Dübəndi neft xəttində sızma aradan qaldırılıb
Sabah MSK bələdiyyə seçkilərinə yekun vuracaq
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
Samir Həziyev ADY-nin Yük daşımaları departamentinə rəhbər təyin olunub
"Bank Respublika" SMS bildirişə görə aylıq abunə haqqını 3 manata qaldırıb