http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Pediatr: 20 yaşdan kiçik anaların körpələrində ani ölüm hallarına daha çox rast gəlinir

06 İyun 2023 , 10:30
Pediatr:  20 yaşdan kiçik anaların körpələrində ani ölüm hallarına daha çox rast gəlinir

Qəfil Körpə Ölümü Sindromu (SİDS) zahirən sağlam görünən körpənin 1 yaşına çatmamış, heç bir ilkin əlamətlər göstərmədən və yuxu zamanı açıqlana bilməyən qəfil ölümü kimi müəyyən edilir. 

Bu vəziyyətə 0-1 yaş dövründə kifayət qədər tez-tez rast gəlinir. SIDS daha çox doğuşdan sonra 2-ci və 4-cü aylar arasında baş verir. Görünən SIDS hallarının 90%-i ilk 6 ay ərzində baş verib. Sonrakı aylarda risk tədricən azalır.

"Uşağım üçün SIDS riski varmı?" Bu bir valideyn kimi düşünmək belə istəmədiyiniz sual ola bilər. Buna baxmayaraq, körpənizin sağlamlığı ilə bağlı sizi narahat edə biləcək məsələlərlə bağlı daha çox məlumat əldə etməklə və ekspert rəyi almaqla düzgün addımlar ata bilərsiniz.

Mövzu ilə bağlı "Operativ Media"ya açıqlama verən pediatr infeksionist Aytən Ziyadova bildirib ki, 1 yaşa qədər (əsasən 6 aydan kiçik) körpələrdə bu hadisə baş verdikdə onlar adətən beşikdə olur, ona görə də dilimizdə “beşik ölümü” kimi də tanınır:

Araşdırmalar göstərir ki, ani körpə ölümü sindromu ilə ölən körpələrdə mərkəzi sinir sistemində anormallıqlar ola bilər. Bundan əlavə, bəzi elm adamları ani körpə ölümü səbəbiylə ölən körpələrlə "normal" körpələr arasında yuxu apnesində heç bir fərq olmadığını göstərsələr də, digər elm adamları SIDS səbəbiylə ölən körpələrin yuxu zamanı nəfəs alma müddətinin daha uzun olduğunu sübut etdilər. Onlar dayanma səbəbindən öldüklərinə inanırlar.

Onun sözlərinə görə, ani körpə ölümü sindromunun dəqiq səbəbi bilinməsə də, körpənin bəzi fiziki faktorları və körpənin yaşadığı mühitin, ətraf mühit amillərinin əsas rol oynadığı düşünülür: "Bəzi körpələrin ani körpə ölümü ilə nəticələnəcək müəyyən beyin problemləri ilə doğulduğu düşünülür. Bu körpələrin beyinlərində tənəffüs nəzarət mərkəzinin qüsurlu olduğuna inanılır".

Qəfil körpə ölümü nəticəsində ölən körpələrin əksəriyyətində yuxarı tənəffüs yollarının qızdırmalı infeksiyası var. 1 yaşadak olan körpələrdə bu riski minimuma endirmək üçün yataq seçiminə xüsusi diqqət etmək lazımır ki, çox yumuşaq olmasın, Otağın temperatorunu çox isti saxlamaq olmaz, ana körpə ilə öz yatağını bölüşməməlidir. Uşaq tütün məmulatlarının tüstüsünə məruz qalmamalıdır. 

Araşdırmalara görə ani körpə ölümlərinə oğlan uşaqlarında daha çox rast gəlinir. Vaxtından əvvəl və ya çəkisi az olan körpələrdə, birinci dərəcəli qohum evliliklərində. 20 yaşdan kiçik anaların körpələrində, alkoqol və siqaret istifadə edən anaların körpələrində ani ölüm hallarına daha çox rast gəlinir.

Problemin səbəbi hələ aydınlaşdırılmasa da, bu gün elm adamları şübhəsiz ki, bəzi körpələrin (yüksək risk qrupuna aid olmayan körpələrin də bundan ölə bilməsinə baxmayaraq) digər körpələrə nisbətən daha yüksək risk qrupunu təşkil etdiyini bilirlər. 

Körpələrin qəfil ölümü ilə bağlı halların qarşısının alınması məqsədilə xüsusilə yüksək risk qrupuna daxil olan körpələrin yaxından nəzarət altında saxlanması tövsiyə olunur.

Qəfil körpə ölümünün qarşısının alınması üçün hamiləlik dönəmində üzü aşağı uzanmayın, körğənin yatağının çox yumuşaq olmamasına diqqət edin, otağın normadan çox istiləşməsinə icazə verməyin, hamiləykən və ya uşaq doğulduqdan sonra tütün məmulatlarından, alkoqoldan istifadə etməyin, Körpəni ana südü ilə bəsləyin.

 

Nərmin Qocamanova

OXŞAR XƏBƏRLƏR
Özbəkistanla Azərbaycanın xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq ediləcək

Özbəkistanla Azərbaycanın xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq ediləcək

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Azərbaycanla Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanla Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq memorandumu imzalanıb

XƏBƏR LENTİ
  • 15:45

    PSJ Kvaratsxeliya üçün 80 milyon avro təklif edəcək
  • 15:43

    Müdafiə nazirinin müavini Slovakiyada səfərdədir
  • 15:42

    Azərbaycan və İran arasında tibb təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
  • 15:33

    Yevlaxda hüquqpozmalara qarşı tədbirlər keçirilib
  • 15:31

    Azərbaycanın bir qrup hərbçisi təltif edilib
  • 15:23

    Lukaşenko Azərbaycana səfər edəcək
    Lukaşenko Azərbaycana səfər edəcək
  • 15:21

    Xidmət rəisi Masallıda vətəndaşlarla görüşüb
  • 15:07

    AFFA lisenziya alan klubların adlarını açıqladı - RƏSMİ
Menyu