http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Rusiya Prezidenti: “Üçtərəfli işçi qrupun fəaliyyətinə əlavə təkan vermək lazımdır”

31 Oktyabr 2022 , 19:00
Rusiya Prezidenti: “Üçtərəfli işçi qrupun fəaliyyətinə əlavə təkan vermək lazımdır”

“Regionda kommunikasiyaların açılması üçün üçtərəfli işçi qrupun fəaliyyətinə əlavə təkan vermək lazımdır”.

“Operativ Media" xəbər verir ki, bu fikirləri Rusiyanın dövlət başçısı Vladimir Putin oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

“Bu görüşün məqsədi, mənim başa düşdüyüm qədər, 2020 və 2021-ci illərdə əldə edilmiş bütün razılaşmalarımızın həyata keçirilməsini təmin etməkdir. Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin həllində mühüm rol oynayıb. İndi də bizim sülhməramlı kontingentimiz həyata keçirməli olduğu missiyasını yerinə yetirir. Bu qiymətləndirmənizə görə sizə minnətdaram”, - o vurğulayıb.

“Bu gün isə təbii ki, hazırda yaranmış vəziyyətdən danışmaq, indiyədək həll olunmamış məsələlərin həll yollarını axtarmaq lazımdır. Bununla bağlı iqtisadi baxımdan vacib məqamı qeyd etmək istərdim: biz üçtərəfli işçi qrup yaratmışıq, ona baş nazirin müavinləri rəhbərlik edir. İki il əvvəl haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, bu məsələ ilə bağlı da əlavə impulsa ehtiyac var. Bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir”, - V.Putin bildirib.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu