İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli görüş başlayıb
Nərmin Qocamanlı
Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb.
"Operativ Media" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunur
Kremlin yaydığı məlumata görə, üçtərəfli görüşdə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının reallaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpası və inkişafı müzakirə olunacaq.