01 Noyabr 2022, 14:44
KTMT-nin İrəvanda keçirləcək iclasının vaxtı açıqlanıb

İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasının vaxtı bəlli olub.
"Operativ Media" xəbər verir ki, bu barədə KTMT-nin "Telegram" hesabında məlumat verilib.
"Belarus prezidenti KTMT-nin Baş katibi ilə görüşüb. Tərəflər təşkilatın məsuliyyət zonasındakı vəziyyəti, həmçinin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının oktyabrın 28-də keçirilmiş fövqəladə sessiyasının nəticələrini müzakirə ediblər. KTMT-nin katibi Stanislav Zas Prezident Aleksandr Lukaşenkoya KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan növbəti sessiyasına hazırlıq barədə məlumat verib", - məlumatda qeyd olunub.