Ana səhifə / Siyasət / NATO Baş katibi noyabrın 4-də Türkiyəyə səfər edəcək NATO Baş katibi noyabrın 4-də Türkiyəyə səfər edəcək 01.11.2022, 15:13 Nərmin Qocamanlı NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 4-də Türkiyəyə səfər edəcək. "Operativ Media" “Anadolu”ya istinadən xəbər verir ki, o, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Tərəflərin İsveç və Finlandiyanın Alyansa üzvlüyünü müzakirə edəcəkləri bildirilib. Bundan başqa, onlar Ukraynadakı müharibə barədə fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, İsveçin yeni Baş naziri Ulf Kristerson noyabrın 8-də Türkiyəyə səfər edəcək.
15.02.2026, 22:22 Belqraddakı binalardan biri Azərbaycan və Serbiya bayraqlarının rəngləri ilə işıqlandırılıb