http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Masazırda 26 yaşlı oğlan 32 yaşlı qadını boğaraq öldürüb

01 Noyabr 2022 , 18:45
Masazırda 26 yaşlı oğlan 32 yaşlı qadını boğaraq öldürüb

Baş Prokurorluq və Daxili işlər Nazirliyi birgə məlumat yayıb.

Baş Prokurorluqdan "Operativ Media"ya daxil olan məlumatda bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Belə ki, oktyabrın 31-i gecə saat 05 radələrində Masazır qəsəbəsində yerləşən otellərin birində 1990-cı il təvəllüdlü Turanə Cavadovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə 1996-cı il təvəllüdlü Rəsul Niftəliyevin tamah niyyəti ilə zərərçəkmişi boğub öldürərək sonuncunun üzərində olan 150 manat pulu götürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Rəsul Niftəliyev şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Orxan Aslanovu təbrik edib

Mehriban Əliyeva Orxan Aslanovu təbrik edib

İran ballistik raketləri Rusiyaya təhvil verib

İran ballistik raketləri Rusiyaya təhvil verib

Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkar edib

Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkar edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu