02 Noyabr 2022, 08:20
Ned Prays: ABŞ növbəti aylarda Ermənistanla Azərbaycan arasında müzakirələri təmin etmək üçün çalışmağa davam edəcək
Ned Prays: ABŞ növbəti aylarda Ermənistanla Azərbaycan arasında müzakirələri təmin etmək üçün çalışmağa davam edəcək şəkil
Ned Prays: ABŞ növbəti aylarda Ermənistanla Azərbaycan arasında müzakirələri təmin etmək üçün çalışmağa davam edəcək

"Biz növbəti aylarda ikitərəfli şəkildə, tərəfdaşlarımız və çoxtərəfli təşkilatlar vasitəsilə Ermənistan və Azərbaycan arasında müzakirələri asanlaşdırmaq, təmin etmək üçün işləməyə davam edəcəyik".

"Operativ Media" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays mətbuat brifinqində deyib.

Soçidə baş tutan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü ilə bağlı sualı cavablandıran Ned Prays ABŞ-ın bu görüşdə iştrakçı olmadığını vurğulayıb: "Təbii ki, biz bu görüşün iştirakçısı deyildik. Ona görə də bu barədə danışmaq bizə düşməz. Lakin dövlət katibi Blinken bunu dəfələrlə, o cümlədən iki xarici işlər nazirini Nyu-Yorkda bir araya gətirərkən vurğulayıb ki, biz Ermənistan-Azərbaycan sülhünə və iki ölkə arasında danışıqlara sadiqik. Biz inanırıq ki, birbaşa dialoq məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır və yeri gəlmişkən, hər iki ölkə də sülh istədiklərini bəyan edir. Beləliklə, biz növbəti aylarda Ermənistan və Azərbaycan arasında müzakirələri asanlaşdırmaq, təmin etmək üçün ikitərəfli, tərəfdaşlarla və çoxtərəfli təşkilatlar vasitəsilə işləməyə davam edəcəyik".

Son xəbərlər
Azərbaycan çempionatında bütün finalçılar bəlli oldu
Əhməd Davudoğlu Qəzzanın Türkiyəyə birləşdirilməsini təklif edib
NATO Müdafiə nazirləri Brüsseldə görüşəcək
Ukrayna Antiterror Mərkəzinin rəhbəri saxlanılıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib
Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib
Elnur Bağırov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib
Putin Əhməd əl-Şaraa ilə telefonla danışıb